Naxçıvan Universitetinin ləğvi rəsmiləşib

66d6f2bb51a4266d6f2bb51a43172536287566d6f2bb51a4066d6f2bb51a41

Naxçıvan Universitetinə bu il tələbə qəbulu aparılmayıb.

Bu barədə  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Universiteti rəsmi şəkildə ləğv edilib. Ləğv edilmə ilə bağlı müraciət fevral ayında təsdiq olunub.

Məlumatda qeyd edilib ki, tələbələrin böyük hissəsi Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Dövlət Universitetindəki ixtisaslar ilə ixtisası uyğunlaşmayan tələbələr isə aidiyyəti yerlərə köçürülüb(apa).