Naxçıvanda arvadını bıçaqlayan 68 yaşlı kişi tutulub

həbs
həbs

Sədərək rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə dekabrın 17-də qeydə alınıb. Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Sədərək rayonu Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun arvadı Almazər Abbasovaya xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub./APA/

İbtidai istintaq davam edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.