Naxçıvanda atəşfəşanlıq zamanı qorxulu anlar yaşandı – Fişənglər yerdə partladı, panika düşdü (VİDEO)

Naxçıvanda ötən gecə Yeni illə bağlı keçirilən  atəşfəşanlıq zamanı problem yaşanıb.

Azpost.info bildirir ki, 2020-ci ilin daxil olması ilə bağlı keçirilən bayram atəşfəşanlığında bir sıra fişənglər havaya buraxılmadan elə yerdə partlamağa başlayb. Bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Nəticədə atəşfəşanlığa baxmağa gəlmiş insanlar arasında panika yaranıb. Adamlar hadisə yerindən qaçaraq uşaqları təhlükəsiz yerə aparmağa çalışıblar.

Ovqat.com yazıb ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektinin mərkəzində quraşdırılmış fişənglər göyə deyil, insanlara sarı partlayıb. Fişənglərin tərsinə partlaması nəticəsində gərgin anlar yaşanıb.

Amma Naxçıvanın rəsmi informasiya portalı olan Nuhçıxan bu barədə heç bir şərh verməyib. Bu gün yaydıqları xəbərdə qeyd olunub ki, dünən axşam saatlarından başlayaraq Naxçıvan şəhərinin əhalisi yenə də bayram əhval-ruhiyyəsi ilə meydana toplanıb. Gecə saatlarında – yeni ilin ilk nəfəsi duyulanda şəhər sakinləri möhtəşəm bayram atəşfəşanlığını seyr ediblər.

 

 

https://www.facebook.com/heyder.oguz/videos/2647191258700653/?t=20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Musaoğlu yazır –

Sonrakı məqalə

“İctimai qrup” Rəsulzadənin ev-muzeyinin açılması ilə kifayətlənməyəcək