Naxçıvanda hansı müəllimlər sertifikatlaşdırılmadan keçməyəcək?

- AÇIQLANDI
23 İyun 2020 - 12:32

Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmasından keçməyəcək şəxslər açıqlanıb.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda qeyd edilib ki, hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); ilk dəfə işə qəbul olunanlar, 5 il müddətində və azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçməyəcək.