Naxçıvanda sürücü 2920 abonenti qazsız qoydu

Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində minik avtomobili qaz xəttinə çırpılıb.

AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Ordubadi küçəsində qeydə alınıb. Qəza nəticəsində minik avtomobili D-100-lük qaz xəttini qırıb. Təhlükəsizlik məqsədilə 2920 abonentin qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi həmin ərazidə təbii qazın verilməsi təmin ediləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.