Naxçıvanda vannada narkotik keçirmək istəyənlər saxlandı-FOTO

Gömrükçülər daha iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alınıb.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Polşa Respublikasına dekorativ daş yükü və hamam ləvazimatı aparan, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 76AAH601/76AAJ764 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk məlumatı əsasında gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 51 ədəd duş kabinə üçün plastik vanna altlığında xüsusi üsulla gizlədilmiş, ümumi çəkisi 102 kiloqram 740 qram olan narkotik vasitə – heroin aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün ölkədə koronavirusa yoluxanların sayı açıqlandı

Sonrakı məqalə

Azərbaycanda rəsmi milyonçular niyə yoxdur? –