“Nazarbayevə dedim ki, yaxın adamların az qala ölkəni dağıdacaqdı” –Prezident Tokayev sirləri açdı

“Qazaxıstanda həqiqətən də iki hakimiyyətlilik modelinin tətbiqinə cəhdləri olub. Bu cəhdlər məqsədyönlü və mütəşəkkil idi”.

Azpost.info bildirir ki, bu sözləri prezident Kasım-Jomart Tokayev “Egemen Qazaqstan” qəzetinə müsahibəsində 2022-ci ilin yanvarında ölkədə baş vermiş kütləvi iğtişaşlar barədə danışarkən deyib.

“Prezident Konstitusiyaya uyğun olaraq ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyən edir, dövlətin yüksək vəzifəli şəxslərini və Silahlı Qüvvələrin ali komandanlığını vəzifəyə təyin və vəzifədən azad edir. Dövlət başçısı Ali Baş Komandandır”.

Tokayevin sözlərinə görə, həqiqətən də ikili hakimiyyət modelini tətbiq etməyə cəhdlər olub: “Bu cəhdlər məqsədyönlü və mütəşəkkil idi. “Hakimiyyət tranziti”nin mövcud siyasi vəziyyətində siyasi manipulyatorlar bir növ paralel güc mərkəzi formalaşdırıblar. Ölkəmizin Prezidenti və Ali Baş Komandanı, həmçinin eks-prezidentin təmsil etdiyi Təhlükəsizlik Şurasının sədri postu olub”.

Prezident bildirib ki, bu isə son nəticədə güc toqquşmasına gətirib çıxarmaya bilməzdi: “Bu vəziyyət yanvar böhranı üçün ilkin şərtlərdən birinə çevrildi. Çünki sui-qəsdçilər ixtira edilmiş ikili hakimiyyət və ya “tandem” modelindən öz xeyirlərinə istifadə etməyə çalışırdılar. Yəqin ki, bir sıra məmurların, o cümlədən keçmiş ədliyyə nazirinin Elbasının statusunun prezidentdən yüksək olması ilə bağlı açıqlamalarını xatırlayırsınız. Bəzi məmurlar bir-bir kabinetlərinə qaçırdılar. Bunun üzərində oynadılar və çox ağır nəticəsi oldu. Sonralar mən birbaşa Nursultan Abişeviç Nazarbayevə dedim ki, onun ən yaxın adamlarının siyasi oyunları az qala ölkəni parçalayacaqdı”.

“Hesab edirəm ki, “böyük və kiçik prezidentlər” olmamalıdır. “Gedirsənsə -get!”. Bu, gələcək nəsil rəhbərlər üçün ciddi dərsdir ki, onlar belə şeylərdən çəkinməlidirlər. Həmişə yalnız dövlətin mənafeyini, cəmiyyətin rifahını düşünməlidirlər”-deyə Tokayev vurğulayıb.

“Təəssüflər olsun ki, daxili siyasi böhranın həlledici məqamlarında əsas hüquq-mühafizə orqanlarının rəhbərləri öz peşəkarlıqlarını və hətta xəyanətlərini nümayiş etdirdilər”, – Qazaxıstan Prezidenti qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Bakıda avtomobil qaçıran yeniyetmələr tutulub

Sonrakı məqalə

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb