Nazim Bəydəmirlinin deputatlığa namizədliyi qeydə alınıb

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin deputatlığa namizədliyi qeydə alınıb.

Azpost.info bildirir ki, bu barədə namizədin özü sosial şəbəkədəki hesabında məlumat verib. N.Bəydəmirli deputatlığa namizədliyini 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən irəli sürüb. O, 2005-2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub.

Xatırladaq ki, son 10 ildə həmin seçki dairəsinin deputatı Rafiq Məmmədhəsənov olub. Hakim Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar seçkilərdə onun namizədliyini irəli sürməyib. Partiya 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Elnarə Məhərrəmovanın namizədliyini irəli sürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan Dəmir Yolları”:

Sonrakı məqalə

Azərbaycan Avropa ilə Asiyanın nəqliyyat xəritəsini necə dəyişdirdi? –