Nazir Fikrət Məmmədovun töhmət verdiyi hakim vəfat etdi –

FOTO
27 Dekabr 2019 - 09:46

Beyləqan Rayon Məhkəməsinin hakimi Nəsrullah Əliyev vəfat edib.

Azpost.info bildirir ki, bu barədə mərhumun ailəsindən APA-ya bildirilib.

N. Əliyev bu gün səhər Mərkəzi Klinik Xəstəxanada vəfat edib.

Unikal.org-un məlumatına görə, 2016-cı ildə ədliyyə naziri Fikrət Məmmədov hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntularına görə Beyləqan Rayon Məhkəməsinin sədri Maşalla Şirvanova və həmin məhkəmənin hakimi Nəsrullah Əliyevə töhmət vermişdi.