Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 30-da Lənkəranda qəbul keçirəcək.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
Nazir Lənkəran Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.