Nazirlər Kabinetinin mətbuat katibi vəzifəsindən azad edilib

- Yerinə təyinat yoxdu
19 Noyabr 2019 - 12:44

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev vəzifəsindən azad edilib.

Trend bu barədə Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.

Qeyd edək ki, Ayaz Mirzəyev məlumatı təsdiq edib.

O, bu ilin aprelində keçmiş Baş nazir Novruz Məmmədov tərəfindən verilən əmrlə bu vəzifəni daşıyırdı.