Nazirlər Kabinetinə 2020-ci ildə ayrılacaq vəsaitin məbləği məlum olub

Nazirlər Kabinetinə gələn il üçün ayrılacaq vəsaitin məbləği məlum olub.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Nazirlər Kabinetinə 12 milyon 722 min 766 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qasırğa şəraiti müşahidə oluna bilər

Sonrakı məqalə

Kuba Prezidenti Azərbaycana səfərə gəlib