Nazirlər Kabinetinin Aparatına yeni rəhbər təyin edildi –Yeni rəhbər kimdir?

Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun APA-ya verdiyi məlumata görə, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.

Buna qədər o İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.

R.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili, 2002-2003-ci illərdə Almaniyanın Drezden Texniki Universitetinin Avropa İnteqrasiya Hüququ üzrə magistr təhsili alıb. (Modern.az)

Əmək fəaliyyətinə 2002-ci ildə başlayıb, yerli və xarici şirkətlərdə hüquq sferasında çalışıb.

2004-2007-ci illərdə “Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin həyata keçirilməsinə dəstək layihəsində hüquq məsləhətçisi, 2007-ci ildən Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunun icraçı direktoru vəzifəsində işləyib.

R.Məmmədov 2010-2011-ci illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) vitse-prezident, 2011-2012-ci illərdə özəl sektorda konsultant olaraq çalışıb.

2012-ci ildən AZPROMO-nun prezidenti olub.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Abel Məhərrəmovla bağlı sərəncam verdi

Sonrakı məqalə

Bakıya gəlmiş daha bir erməni jurnalist danışdı: