Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

APA-nın xəbərinə görə, müvafiq sərəncamla bu vəzifəyə İbrahim Məmmədov təyin edilib.

Əməkdar jurnalist İ.Məmmədov “Azadlıq” qəzetində, “Space” və ANS telekanallarında işləyib.

O, 2005-2006-cı illərdə Prezidentin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb.

İ.Məmmədov 2006-cı ildən 2012-ci ilin fevralınadək “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub, 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək AzTV-də sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Baş Nazir Əli Əsədov Ayaz Mirzəyevin Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ziyafət Əsgərov:

Sonrakı məqalə

Azərbaycanda şprislərlə bağlı yeni standartlar qüvvəyə minib