Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rəvan Soltanov poçt qutuları ilə bağlı paylaşım edib. AzPost xəbər verir ki, nazirlik əməkdaşı “maklelərin” (ev alqı-satqısı ilə məşğul olan şəxslər) əlindən təmiz poçt qutusu saxlamağın mümkün olmadığını bildirirb. ”Hara gəldi elan vururlar. Hər qutunun yanında bir əməkdşımız növbə çəkə bilmir. Azərpoçt MMC Poçt filialları tərəfindən qutu təmizlənir, rənglənir, səhəri günü yenidən üzərinə elanlar yapışdırılır”.
Rəvan Soltanov bildirirb ki, monotorinqlər zamaı elandakı nömrələrə də zəng edib xəbərdarlıq edilir. “Bunlar qanun qarşısında cavab verib cərimələnməsə düzələn deyil” – deyə o, əlavə edib.