Nazirlik İsmayıllıdakı zəhərlənmə barədə açıqlama yaydı:“Daha çox günvurma əlamətlərinə bənzəyir”

Kənd Təsərrüfatı Nazirliyi (KTN) İsmayıllıda baş verən kütləvi zəhərlənmə ilə bağlı açıqlama verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, İsmayıllı rayonunda xəstəxanaya müraciət edən şəxsləri müayinə edən həkimlə əlaqə saxlanılıb:

“İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi də məlumatı dərhal araşdırıb. Həkim bildirir ki, adamlarda qida zəhərlənməsi əlamətləri yoxdur, müşahidə olunan simptomlar daha çox günvurma əlamətlərinə bənzəyir. Dünən Diyallı kəndi ərazisində kartof əkən və kartof çıxaran texnikanın nümayişinə həsr olunmuş tədbir saat 2-də başa çatıb. Tədbir keçirilən ərazidə işləyən şəxslər isə xəstəxanaya bir gün keçdikdən sonra müraciət ediblər. Əgər tədbirdə qəbul etdikləri qidadan zəhərlənmiş olsaydılar, 24 saat sonra niyə xəstəxanaya gedirdilər? Yaxud o tədbirdə iştirak edən yüzlərlə şəxs arasında niyə məhz uzun müddətdir o ərazidə işləyən fəhlələr zəhərlənib?”.

V.Hüseynovun sözlərinə görə, zəhərlənmə ehtimalı, xüsusilə də tədbirdə zəhərlənmə ehtimalı çox azdır:

“Xəstəxanaya müraciət edənlər bildirirlər ki, dünən günortadan sonra bir neçə dəfə qida qəbul ediblər. Təbii ki insanların səhhətində problemlərin nədən qaynaqlandığını həkimlər müəyyənləşdirəcəklər. Əlaqə saxladığım həkimlər deyirlər ki, adamlarda daha çox günvurma əlamətləri müşahidə olunur. Yəni adamların səhhətində hansısa problem yaranıbsa, bunun dünən keçirilən tədbirlə heç bir əlaqəsi yoxdur”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya Duması “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nı təsdiq edib 

Sonrakı məqalə

Müsavat başqanlığı uğrunda mübarizəyə start verildi –