Nazirlik xəbərdarlıq etdi –“Bu gün güclü külək əsəcək, ağacların sınma təhlükəsi var”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib.

Xidmət rəhbəri bildirib ki, sentyabr ayının 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq:

“Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar. Güclü külək nəticəsində irigövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşınları saxlamasınlar. Uşaqları küləkli havada nəzarətsiz həyətə buraxmasınlar. Bir daha əhalini ehtiyatlı olmağa çağırırıq“.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ordubad və Gədəbəydə yeni qızıl yataqları tapıldı  

Sonrakı məqalə

Özbəkistan parlamentinə seçkilər keçiriləcək –