Nazirliyin şöbə müdiri və 6 işçisi koronavirusa yoluxdu –Açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı məlumat verib.

Onun sözlərinə görə, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVİD-19) testinin nəticələri pozitiv çıxıb: “Hazırda əməkdaşlarımızın vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur. Şöbədə COVİD-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Uşağa baxan dayə evdən qızılları oğurlayıb –

Sonrakı məqalə

Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə salıb