Nazpəri Dostəliyevanın oğlu ilə vida mərasimi keçirilib –

VİDEO
23 Mart 2021 - 15:41

Xalq artisti Nazpəri Dostəliyevanın ötən gün dünyasını dəyişən oğlu Əli Quliyevlə vida mərasimi keçirilib.

Azpost.info APA TV-yə istinadən bildirir ki, vida mərasimində doğmaları, incəsənət adamları və media nümayəndələri iştirak edib.

Daha sonra xalq artistinin oğlunun nəşi dəfn olunmaq üçün Qaradağ rayonun Səngəçal qəsəbəsindəki qəbiristanlığa aparılıb.

Qeyd edək ki, 41 yaşlı Əli Quliyev ötən gün günorta saatlarında ürək tutmasından dünyasını dəyişib.