Neft Fondu, vergi və gömrük 6 ayda büdcəyə nə qədər pul köçürüb?

 2024-cü ilin yanvar-iyun  aylarında Dövlət  Neft  Fondundan  dövlət  büdcəsinə transfert 6390,5  milyon  manat  təşkil  edib

Azpost.info bildirir ki, bu barədə Maliyyə Naziriyinin 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.

Bu  da  təsdiq  edilmiş  proqnoz  göstəricisi  ilə müqayisədə 0,5 milyon manat çoxdur.

2024-cü ilin yanvar-iyun  aylarında  dövlət   büdcəsinin   gəlirlərinin  10045,2  milyon  manatı  qeyri-neft sektorunun payına düşüb.

Bu da 2023-cü ilin müvafiq dövrünə nəzərən 1214,1 milyon manat və ya 13,7 faiz çoxdur.

Dövlət Vergi Xidmətinin xətti   ilə  dövlət   büdcəsinə  8282,4  milyon   manat   vəsait  daxil  olub. Bu  da proqnozlaşdırılan göstərici  ilə  müqayisədə  1053,8  milyon  manat  vəya 14,6 faiz çoxdur. Həmin daxil olmuş vəsaitin 70,9 faizi və yaxud 5875,1 milyon manatı qeyri-neft sektorunun, 29,1 faiz və ya 2407,2 milyon manatı isə neft-qaz sektorunun payına düşüb.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3252,2 milyon  manat  vəsait  təmin edilib.Bu da proqnoz  göstəricisinə  nəzərən  418,2 milyon manat və ya 14,8 faiz çox, ötən ilin icrasına nisbətən isə176,7 milyon manat və ya 5,7 faiz çoxdur.

 

Əvvəlki məqalə

Ölkədə 6 ayda ÜDM 59,5 milyard manat olub

Sonrakı məqalə

“Aqrarkredit” QSC-nin Mərkəzi Banka 9 milyard manat borcu var