Neft Fondunun yeni direktorunun vəzifəli qardaşları- 

Nazir müşaviri, Baş prokurorun müavini və SOCAR... (FOTO)
02 Dekabr 2019 - 10:18

Xəbər verdiyimiz kimi, bu günlərdə prezident İlham Əliyev İsrafil Məmmədovu Dövlət Neft Fonduna yeni icraçı direktor təyin edib. 

Unikal.org-un əldə etdiyi məlumata görə,  Məmmədovlar ailəsinin üzvlərinin yüksək vəzifələrdə çalışması heç də İsrafil Məmmədovla yekunlaşmır. Belə  ki, İ. Məmmədovun qardaşlarından biri Ukraynanın Baş prokurorunun müavini olan Gündüz Məmmədovdur.

Kiçik qardaşları Elçin Məmmədov isə SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” şirkətinin baş direktorudur.

Başqa bir qardaşı isə Maliyyə naziri Samir Şərifovun müşaviri vəzifəsində çalışan Adil Məmmədovdur.