“Neft qiymətlərini aşağı salmağı planlaşdırırıq” –Trampdan AÇIQLAMA

Tramp
Tramp

ABŞ Venesuela ehtiyatlarından istifadə etməklə neft qiymətlərini aşağı salmağı planlaşdırır.

AzPost bildirir ki, bu barədə prezident Tramp bəyan edib.

“Biz neft qiymətlərini aşağı salacağıq və Venesuelaya çox ehtiyac duyduğu pulu verəcəyik”, – deyə o, “New York Times” qəzetinə verdiyi müsahibədə bildirib.

ABŞ prezidentinin sözlərinə görə, bu, Vaşinqtona Bolivar Respublikasını “çox əlverişli qiymətə” bərpa etməyə imkan verəcək.

Daha əvvəl Tramp Venesuelanın neft müqaviləsindən əldə edilən gəlirlərdən istifadə edərək yalnız ABŞ məhsullarını alacağını bildirmişdi.

Xatırladaq ki, ABŞ Energetika Nazirliyi ABŞ-ın artıq qlobal bazarda Venesuela neftini satmağa başladığını açıqlayıb. Gündəlik 30-50 milyon barel neftin satılması gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.