Neftçalada “Əsgərə salam” aksiyası keçirilib –FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyəti Heydar Aliyev Foundu və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə başladığı təşəbbüsə qoşulub.

Neftçala rayonda fəaliyyət göstərən müxtəlif müəssisə, idarə və təşkilatlar ərazi bütövlüyü uğrunda həlak olmuş, Neftçala rayonu şəhidləri də daxil olmaqla bütün şəhidlərimizin xatirəsinə və həqiqi hərbi xidmətdə olan əsgərlərimizə dəstək məqsədi ilə #əsgərəsalam aksiyasında qoşulub. ⠀

Rayon İcra Hakimiyyətinim başçısı Mirhəsən Seyidov bildirib ki, ordu quruculuğu strategiyası bugün silahlı qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, 26 iyun “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” elan olunmuş və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilməkdədir: “Bunun nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Neftçala rayonu da daxil olmaqla, respublikanın hər bir regionundan olan vətən oğullarının iştirakı ilə 2016-cı ilin aprel döyüşlərində ordumuzun əks-hücum əməliyyatı zamanı düşmənə sarsıdıcı zərbələri və qətiyyətli qələbəmiz dediklərimizin bir daha təsdiqidir. Aprel döyüşləri xalqla ordunun birliyini daha da möhkəmləndirdi, yeniyetmələrdə, gənclərdə könüllülük, səfərbərlik anlayışını irəli plana çıxardı, vətənpərvərlik duyğularını kükrətdi, hər fərdi əsgərləşdirdi və böyük qələbənin uzaqda olmadığını təsdiqlədi. Ali Baş Komanda rəhbərliyi altında, Böyük Qayıdış planının bizləri Şuşaya apacağına əminik”⠀

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kəndin ortasında gəzişən şir sakinləri təşvişə saldı –

Sonrakı məqalə

Zərdabda toy edən şəxslər cərimələndi –