“Neftçi” qələbə qazanıb

Azərbaycan Premyer Liqasında VI tur davam edir.

APA-nın məlumatına görə, ikinci oyun günündə bir matç keçirilib.

Turnir cədvəlinin aşağı pillələrində qonşu olan komandaların duelində “Qəbələ” “Neftçi”ni sınağa çəkib. Paytaxt təmsilçisinin üstünlüyü ilə keçən matçın ilk yarısı qolsuz başa çatıb.

“Ağ-qaralar” ikinci hissədə meydan sahiblərinin müqavimətini qıra bilib. Tural Axundovun təxminən 35 metrdən endirdiyi zərbə qapıçı üçün qarşısı alınmaz olub. Hissənin ortalarında oyuna sonradan daxil olan Rauf Əliyev “Neftçi”nin ikinci qoluna imza atıb. Matçda son nöqtəni isə Stiven Monroz qoyub.

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Sumqayıt” üzərində iki cavabsız qolla qələbə qazanıb. Digər iki matç – “Keşlə” – “Zirə” və “Sabah” – “Səbail” görüşləri sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
VI tur
28 sentyabr (şənbə)
“Qəbələ” – “Neftçi” – 0:3

Qollar: Tural Axundov, 60, Rauf Əliyev, 72, Stiven Monroz, 89
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu, 17:00

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda yol çöküb –

Sonrakı məqalə

Teymur Rəcəbovun Dünya Kubokunun finalındakı rəqibi dəqiqləşdi