“Neftçi” yenə qələbə qazana bilməyib –Premyer Liqa

Dekabrın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

“Bakcell Arena”da “Neftçi” və “Sumqayıt” komandaları üz-üzə gəlib. Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüş qolsuz yekunlaşıb. Sönük məcrada keçən ilk yarıda tərəflər, demək olar ki, təhlükəli vəziyyət yarada bilməyiblər.

Fasilədən sonrakı azsaylı qol epizodlarında isə son nöqtəni qoymaq mümkün olmayıb.

Beləliklə, “Neftçi” son 5 oyunda 4-cü qarşılaşmasında qalib gələ bilməyib və 21 xalla 4-cü pillədə qalıb. Xalını 12-yə çatdıran “Sumqayıt” isə 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, ilk oyun günündə “Keşlə” evdə “Səbail”lə 2:2 hesablı heç-heçəyə razılaşıb. Digər görüşdə isə “Qarabağ” “Sabah”ı darmadağın edib – 5:1. Tura saat 18:15-də başlanacaq “Zirə” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmış azərbaycanlı jurnalist vəfat edib

Sonrakı məqalə

“Bir çox rayonlarda ilk telefon ATS-lərini qurmuşam” –