Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“”Neftçi”nin rəhbəri olsam, komandanı ən yaxşı yerə çıxaracağam” –

User 14 Aprel 2025 - 18:58 (Last updated: 21 May 2025 - 20:15)
cingiz abdulla02

“Ürəyim ağrıyır “Neftçi”yə, söz tapa bilmirəm. Baş məşqçi Samir Abbasovu tanıyıram, yaxşı məşqçidir, onunla çempion olmuşuq”.

AzPost bildirir ki, bu sözləri Forvard.az-a açıqlamasında Xalq yazıçısı və “Neftçi”nin sabiq müşahidə şurasının sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasında 30-cu turda “ağ-qaralar”ın 2:0 öndə olduğu zaman 2:4 hesablı məğlubiyyəti haqda danışarkən deyib:

“Mən fəxr edirəm ki, “Neftçi” uzun zaman sonra mənim vaxtımda çempion olub. 3 dəfə də gümüş medallara sahib olmuşuq. Ancaq bu gün komandaya baxıram ürəyim ağrıyır, söz tapa bilmirəm. Belə də uduzmaq xoş deyil, hətta insanlar deyir ki, belə oyundansa gərək ilk hissədən sonra meydana çıxmazdınız. Gülməli də olsa belə deyirlər. “Neftçi”nin mənim həyatımda özəl yeri var, sona qədər də mənim həyatımın önəmli dəyərlərindən biri olacaq. Mən bu komandanı sevmişəm, sevəcəm də, harda olsam bilin ki, “Neftçi” mənim qəlbimdədir”.

Ç.Abdullayev komandanın böyük ölçüdə çempionatda medal şanslarının itirməsinə görə, onu yeniden rəhbər postuna səsləyən azarkeşlərin və idman ictimaiyyətinin nümayəndələrinin fikirlərinə belə cavab verdi:

“Mənə yenidən belə bir dəvət olsa qaça-qaça gələrəm, ona görə ki, biz bu komanda üçün canımızı qoymuşuq. Siz bəlkə də bilmirsiniz, mən, Fərhad Bədəlbəyli, Mehdi Nəcəfov, Zaur Qəhrəmanov, Səməd Qurbanov hər oyundan sonra yığışıb müzakirələr aparırdıq, məğlubiyyət olanda özümüzə yer tapa bilmirdik. “Neftçi” ilə mənəvi olaraq indi də belə yaşayırıq. Bizim dövrdə işlərimizin çoxluğu, gərgin rejimə rəğmən heç birimiz “Neftçi”ni 1 saniyə belə diqqətdən kənarda qoymamışıq. Bu bizim həyatımız olub, belə də olacaq. Xaricdə olsam belə, mən “Neftçi”nin bütün oyunlarını izləyirəm, həmişə dəstəkləyirəm, həmişə də azarkeşi olacam. Rəhbər kimi də geri dönsəm tam məsuliyyətlə çalışıb komandanı ən yaxşı yerlerə gətirəcəyəm. Ancaq bu gün komandanı kimlər idarə edirsə gərək işə daha məsuliyyətli, daha ciddi yanaşsınlar. Düşünsünlər ki, necə olub 2 ildən çoxdur yoxuq, amma komanda ciddi bir uğura nail ola bilmir. Bu məni çox təəssüfləndirir”.

Sabiq rəhbər hazırkı rəhbərlik sizi oyunlara dəvət edirmi sualına belə cavab verdi:

“Onlar tərəfindən bir dəfə də zəng olmayıb, məni qonaq tribunasına dəvət etməyib. Heç bir dəfə də…”

Post navigation

Previous: Sosial şəbəkədə azyaşlının döyülməsi ilə bağlı görüntü araşdırılır
Next: İşçinin maaşı hansı hallarda kəsilə bilər?

Oxşar xəbərlər

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53

xƏBƏR

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Təzyiqi mütəmadi olaraq nəzarətdə saxlamaq vacibdir. İnsanlar çox vaxt yalnız ürək-damar sistemi ilə bağlı problem yarandıqda qan...
Read more about Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi? rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.