Nepal öz vətəndaşlarına Rusiyada işləmək qadağası qoyub

Nepal hakimiyyəti öz vətəndaşlarına Rusiyada işləmək qadağası qoyub.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qərar xüsusi hərbi əməliyyat zonasında nepallıların ölümü ilə əlaqədar qəbul edilib.

Məlumata görə, Rusiya ordusunun sıralarında azı 10 Nepal əsgəri ölüb, daha 100-ə yaxın əsgər isə itkin düşüb.

Agentlik yazır ki, Nepal Rusiyadan vətəndaşlarını Rusiya ordusuna cəlb etməməyi və bütün Nepal əsgərlərini dərhal ölkələrinə geri göndərməyi xahiş edib. Bundan başqa, onlar həlak olan əsgərlərin ailələrinə təzminat ödənilməsinə çağırıblar.

Azpost.info

Əvvəlki məqalə

“Anamın, həyat yoldaşımın, qızlarımın günahı yoxdur” –

Sonrakı məqalə

Rayonlara qar yağıb