İsrailin baş naziri Benjamin Netanyahu Avropa ölkələrinə müraciət edərək onları İrana qarşı müharibəyə qoşulmağa çağırıb. Ynet-in verdiyi məlumata görə, Netanyahu bildirib: “İran tərəfi Dieqo Qarsiya bazasına qitələrarası ballistik raket atıblar, Avropanın dərinliklərinə çatmaq imkanları var. Digər ölkələrin liderləri də müharibəyə qoşulmalıdır.” O həmçinin bəzi ölkələrin müharibəyə qoşulmaq istiqamətində addımlar atdığını iddia edib, lakin həmin ölkələrin adlarını açıqlamayıb.

AzPost.az