Netanyahu İsrail gəmisində partlayışa görə İranı günahlandırıb

İsrailin Baş naziri Benyamin Netanyahu Oman körfəzində ölkəsinə məxsus gəmidə törədilmiş partlayışa görə İranı günahlandırıb.

Bu barədə Baş nazir “Kan” teleradio kompaniyasının efirində bildirib. 

“Bu, həqiqətən də İranın əməlidir. Bu, məlumdur”, – deyə B. Netanyahu qeyd edib. 

O, İranı İsrailin ən böyük düşməni adlandırıb. 

İsrailin bu zərbəyə qarşılıq verəcəyinə dair sualı cavablandıran B. Netanyahu vurğulayıb ki, ölkəsi İranın nüvə potensialını inkişaf etdirməsinin qarşısını almaq əzmindədir.

“Biz İrana bütün regionda zərbə vururuq”, – deyə Baş nazir əlavə edib.

Qeyd edək ki, ötən həftənin cümə günü İsrail kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Oman körfəzində İsrailə məxsus gəmidə partlayış törədilib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək

Sonrakı məqalə

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb –