Netanyahudan  Putinə qəribə mesaj:“Şiə ideologiyası Rusiya üçün təhlükəlidir”

“İran dünya ağalığına can atır. Onun ideologiyası həmçinin Rusiya üçün də təhlükə yaradır”.

Azpost.info bildirir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu RBK-ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Tehran gez-tez  öz ideologiyasını və silahlarını təkcə İsrail və Qərbə deyil, həmçinin Rusiyaya da göndərəcək: “Ona görə ki, onlar bizim ümumi mədəniyyətimizin əleyhinədirlər və dünyanı idarə etmək istəyirlər”.   

Netanyahu İranın söykəndiyi şiə radikal islamını sunni radikalları  ilə müqayisədə daha “böyük şər” adlandırıb. Baş nazir deyib ki, İran nüvə silahı yaratmaq və Yaxın Şərqi özünə tabe etdirmək istəyir.

Xatırladaq ki, Rusiya prezidenti Putin və Netanyahu bu gün Soçidə görüşəcəklər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın Çinlə bağlı nəhəng qaz layihəsi işə düşür –

Sonrakı məqalə

İlham Əliyev yeni təmirdən çıxmış məktəbə getdi –