“Netflix”in ödənişli abunəçiləri 260 milyonu keçib- Bir rübdə 1 milyard dollar gəliri olub

“Netflix” 2023-cü ilin dördüncü rübündə 13,1 milyon yeni abunəçi cəlb edib.

Azpost.info xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Xidmətin rüblük dövriyyəsi 12,5 faiz artaraq 7,85 milyard dollardan 8,83 milyard dollara yüksəlib.

Xalis gəlir ötən ilin eyni dövründəki 55,3 milyon dollarla müqayisədə 937,8 milyon dollar olub.

“Netflix” həmçinin dördüncü rübdə səhm başına 2,21 dollar qazanc əldə etdiyini bildirib. 2022-ci ilin eyni dövründə bu rəqəm hər səhm üçün 0,12 dollar olub.

Eyni zamanda “Netflix”in ödənişli abunəçiləri illik müqayisədə 12,8 faiz artaraq 260,28 milyona çatıb.

Azpost.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.