Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə zamanı Rusiya Prezidenti Vladimir Putinlə 60 dəfə telefonla danışıb.
Bu barədə Paşinyan 44 günlük müharibə ilə bağlı Ermənistanda yaradılmış komissiyanın iclasında bildirib.
O, təkcə noyabrın 8-9-da Putinlə 20 dəfə telefonla danışdığını deyib.