Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Niyə Rusiyanın rəsmi şəxsləri susur, təbliğatçıları bizi hədələyir?” –

User 13 Avqust 2025 - 12:23 (Last updated: 13 Avqust 2025 - 12:23)
tofiq zülfüqarov

“Rusiyat təbliğat ruporları Azərbaycanla münasibətlərdəki böhranın əsasında duran səbəbləri səsləndirmirlər“.

AzPost bildirir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qonşu ölkədən Azərbaycanın ünvanına səslənən təhdidləri şərh edərkən qeyd edib.

Onun sözlərinə görə, rus təbliğatçılarının “Rusiya Cənubi Qafqazdan sıxışdırılır” hay-küyü əsassızdır: “Sual yaranır – kim sıxışdırır? Azərbaycan? Təbii ki, yox. Çünki onun ərazisində “sıxışdıracağı” kimsə yoxdur. Ermənistandan fərqli olaraq bizim Rusiya ilə birgə nə hərbi bazamız, nə sərhədçilərimiz, nə birgə hava hücumundan müdafiə sistemimiz var. Heç bu məsələ ilə bağlı rəsmi açıqlama da verilməyib. O zaman rus təbliğatçıları niyə bizi hədələyir?”

Sabiq nazir səsləndirilən daha bir tezisə toxunub. Yayılan digər tezisdə isə vurğulanır ki, “Azərbaycanda Rusiya ilə sərhəddə NATO-nun hərbi bazası yaradılır”: “Tamamilə məntiqsiz və gecikmiş ittihamdır. Hamıya məlumdur ki, 90-cı illərin əvvəllərindən Rusiya Ermənistanın rəsmi və hüquqi cəhətdən rəsmiləşdirilmiş hərbi müttəfiqi olub. Azərbaycan təhdidləri neytrallaşdırmaq üçün Türkiyənin hərbi müttəfiqinə çevrilib. Bu müddəa çoxlu sayda ikitərəfli sənədlərdə, o cümlədən “Şuşa Bəyannaməsi”ndə öz əksini tapıb. Rusiya bunu bilirdi. Hətta Rusiya prezidenti də bununla bağlı bəyan etdi ki, Azərbaycanın suveren seçimi SSRİ-nin dağılmasının nəticəsidir. Bu o deməkdir ki, Rusiya rəhbərliyi Azərbaycanla Strateji Qarşılıqlı Fəaliyyət Bəyannaməsini imzalayarkən NATO üzvü olan ölkə ilə müdafiə alyansı yaratmağı buna maneə hesab etməyib. Bəs indi niyə belə isterika var?”-deyə T.Zülfüqarov sual edib.

“Nə üçün anti-azərbaycan kampaniyasında xarici siyasət sahəsində bəyanatlar vermək səlahiyyəti verilmiş Rusiyanın rəsmi strukturları iştirak etmirlər? Niyə bu təzyiqlər təhlükəsizlik qurumları və iqtidar təbliğatçıları səviyyəsində baş verir?  Belə çıxır ki, “Kreml qüllələri” bu məsələdə həmrəy deyillər. Yoxsa onlara “müxtəlif Putinlər” göstəriş verir?”- deyə sabiq nazir vurğulayıb.

Sabiq nazirin fikrincə, bir sıra məqamlar belə qənaətə gəlməyə əsas verir ki, təzyiq kampaniyası kölgədə qalan strukturlar vasitəsilə ölkəmizdə ictimaiyyətin yüksək səviyyədə konsolidasiyasını pozmaq məqsədi daşıyır: “Azərbaycanın da taktiki xətti müəyyənləşib – bizə qarşı hər hücuma, güzgü effekti” ilə əks-hücumla cavab verəcəyik. Rusiya tərəfi bundan bezənə qədər…”

AzPost.az

Post navigation

Previous: Bakı, Sumqayıt və Abşeron üzrə avqust ayının pensiyaları ödənilib
Next: Ukrayna Rusiyanın beynəlxalq “Drujba” neft qovşağına zərbə endirib

Oxşar xəbərlər

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.