Nobel mükafatı laureatları Azərbaycandan olan tələbələrə müraciət edib

Nobel mükafatı laureatları Azərbaycandan və Mərkəzi Asiyadan olan tələbələr üçün həvəsləndirici video çəkməyi, həmçinin gənc tədqiqatçıları II Nobel Festivalında və Nobel Mühazirələri Həftəsində iştiraka dəvət etməyi qərara alıblar.

“Gələcəyi ixtira edərkən” adlı II Nobel Festivalı (Central Asia Nobel Fest) bu il aprelin 7-9-da keçiriləcək.

Xatırladaq ki, II festivalın əsas mövzuları texnologiya və innovasiyaların üç mühüm istiqaməti üzrə cəmləşib: imkanlar iqtisadiyyatı, gələcəyin sənayesi və “EdTrends” (təhsil trendləri).

Festivalın əsas hadisəsi Ümumdünya Elm Günü şərəfinə bu il aprelin 12-dən 16-dək Azərbaycan və Mərkəzi Asiya universitetlərinin tələbələri üçün təşkil ediləcək Nobel Mühazirələri Həftəsi olacaq. Nobel Mühafizələri Həftəsi çərçivəsində tələbələr onları maraqlandıran suallarla dünya səviyyəli alimlərə birbaşa müraciət edə biləcəklər. Artıq səkkiz nəfər Nobel mükafatı laureatı və doqquz nəfər Tərəqqi mükafatı laureatı festivalda iştirak edəcəklərini təsdiqləyiblər.

Qeyd edək ki, Nobel mükafatı laureatlarının və digər görkəmli alimlərin bütün mühazirələri ilə “Central Asia Nobel Fest” saytında tanış olmaq mümkündür. Daha ətraflı məlumat almaq üçün Nobel Fest-in YouTube kanalına və Instagram-dakı rəsmi səhifəsinə abunə yazılmaq mümkündür.

Laureatların videomüraciətləri ilə bu link vasitəsilə tanış ola bilərsiniz: https://youtu.be/PSC5xTzJ1OA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ramazan ayının başlanması ilə əlaqədar yaxın günlərdə fətva veriləcək

Sonrakı məqalə

ABŞ şirkəti kosmosda otel tikir –