“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan nümayəndəliyinin rəhbəri vəzifəsində təyinat olub. Pravda.az-ın xəbərinə görə, ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb. Əmrlə bu vəzifəyə Nemət Qasımov təyin edilib.