Norveç Ukraynaya birbaşa silah satışına icazə verib

Norveç hakimiyyəti Kiyevə birbaşa silah və müdafiə məhsullarının satışına icazə verib.

Bu barədə ölkə hökumətinin saytında məlumat verilib.

Nazirlər Kabineti şirkətlərə ixracın tələblərə cavab verməsi şərti ilə Ukrayna hərbi strukturlarına birbaşa silah və müdafiə sənayesi məhsulları satmağa icazə verib.

“Ukraynaya dəstək Norveç və Avropanın təhlükəsizliyi üçün vacibdir. Buna görə də hökumət Norveçin müdafiə sənayesindən Ukraynaya birbaşa silah və müdafiə məhsullarının satışına icazə vermək qərarına gəlib”, – deyə xarici işlər naziri Espen Bart Eide bildirib.

Əvvəlki məqalə

Yaponiyada zəlzələdə ölənlərin sayı 24 nəfərə çatıb

Sonrakı məqalə

İsraildə mübahisəli məhkəmə islahatı qanununu ləğv edilib