Növbəti kadr islahatı “Azəriqaz”da –Əkbər Hacıyev də vəzifədən gedir

Ölkədə aparılan struktur və kadr islahatları davam edir.

Modern.az-ın əldə etdiyi məlumata görə, növbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılacaq.

Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyevin vəzifəsindən azad olunacağının gözlənildiyi vurğulanır. Onu yerinə isə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyevin gətiriləcəyi bildirilir.

Əldə etdiyimiz digər məlumatd Əkbər Hacıyev Qaz İxracı İdarəsinə rəsi təyin olunacağı qeyd olunur.

Məsələ ilə bağlı  “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Modern.az-a açıqlamasında mətbuat xidmətinə belə bir məlumatın daxil olmadığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Sonrakı məqalə

Oktyabrda 8 nəfər qidadan zəhərlənib –