“Zəfər Günü ilə bağlı verilmiş Amnistya Aktının icrasını müşahidə edirik və hesab edirəm ki, proses normal məcrada davam edir”.
Bu sözləri Azpost.info-ya İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı deyib.
Onun sözlərinə görə, Amnistiya Aktı ilə bağlı qərar qüvvəyə mindiyi gündən prosesin icrasına başlanılıb. “Aministiyaya düşən maddələrlə məhkum edilmiş şəxslərin azadlığa buraxılmasına başlanılıb. Proses bizim diqqətimizdədir və deyərdim ki, hər hansı problem yoxdur”, – deyə Səidə Qocamanlı bildirib.
Hüquq müdafiəçisi amnistiya elan edilməsini müsbət qiymətləndirib və bu cür humanist addımların davamlı olacağına inandığını deyib. “Doğrudur, hər ay amnistiya elan etmək olmaz. Amma biz Novruz bayramı ərəfəsində əfv fərmanının imzalanacağını gözləyirik. Ümumiyyətlə, bu cür humanist addımların atılması müsbət addımdır və biz inanırıq ki, bu addımlar davamlı olacaq”, – deyə hüquq müdafiəçisi vurğulayıb.
Xatırladaq ki, 2021-ci ildə Zəfər Günün münasibət ilə aministiya elan olunub. Layihəyə görə, müvafiq qurumlar Aministiya Aktı ilə bağlı qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.
Azpost.info

