Novruzda papaq atan yeniyetməyə itlər hucum edib –10-ci sinif şagirdi vəfat edib

Göyçay rayonunda itlərin hücumuna məruz qalan yeniyetmə oğlan ölüb.

Rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu Novruz bayramı günü axşam saatlarında qonşuların həyətinə papaq atarkən küçədə itlərin hücumuna məruz qalıb. O, qaranlıq vaxtı köməksiz olduğu üçün itlərdən qorxub, halı pisləşib. Qorxu səbəbindən xəstələnən 10-cu sinif şagirdi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Arif 5 gün sonra orada ölüb. (APA)

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DYP Şəmkirdə sürücüdən rüşvət alınmasına dair məlumatları təkzib edir –

Sonrakı məqalə

Paşinyan Putinlə görüşmək üçün Moskvaya gedir