Nümayəndələr palatasından Prezidentə qarşı yeni demarş –Trampın əlaqədə olduğu qadınlar dindiriləcək

ABŞ nümayəndələr palatasının məhkəmə icraatı məsələləri üzrə komitəsi prezident Donald Trampın (Donald Trump) onunla münasibəti olduğunu söyləyən qadınlara susmaları müqabilində pul verməsi ilə bağlı dinləmələr keçirmək niyyətindədir.

Bu barədə “The Washington Post” məlumat verir. Nəşrin əldə etdiyi məlumata əsasən, komitə 2016-cı ildə pornoaktrisa Stormi Deniels (Stormy Daniels) və “Playboy” jurnalının keçmiş modeli Karen Makduqala (Karen McDougal) pul ödənişinə cəlb edilən şahidlərin ifadələrini dinləməyi planlaşdırır.

Nümayəndələr palatasından olan demokratlar hesab edir ki, hazırda Trampı həmin epizodun iştirakçısı olaraq qəbul etmək üçün kifayət qədər sübut var. 2006-2018-ci illərdə Trampın şəxsi vəkili kimi fəaliyyət göstərən Maykl Koen (Michael Cohen) dekabrda seçkiqabağı kampaniyanın maliyyələşmə qaydalarını pozduğu və konqresə yalan ifadə verdiyi üçün üç il müddətinə azadlıqdan məhrum edilib. O, etiraf edib ki, 2016-cı ildə Deniels və Makduqalın prezizdentlə intim əlaqələri haqqında danışmamaları üçün onlara pul verib.

Hüquqşünas pornoaktrisanın ondan 130 min dollar, modelin isə Trampın seçki qərargahının nümayəndləri, o cümlədən Koenin razılığı ilə “American Media Inc.” şirkətindən 150 min dollar aldığını bildirib. Onu həmçinin kəşfiyyatla bağlı senatın komitəsinə yalan məlumat təqdim etməkdə günahkar biliblər. Tramp sevgililərinə pul ödənişi haqqında “sonradan” xəbər tutduğunu və vəsaitin köçürülməsinə rəhbərlik etmədiyini bəyan edib. (Xpessa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

““Quran”da erkən nikaha işarə yoxdur” –

Sonrakı məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi