Nümayişçilər restoranda xörək yeyən Gürcüstan рrezidentini mühasirəyə aldılar –

VİDEO
26 Noyabr 2019 - 09:42

Tbilisidə nümayişçilər Gürcüstan рrezidenti Salome Zurabişvilini restoranların birində mühasirədə saxlayıblar.

Prezident bir saata yaxın restorandan çıxa bilməyib.

Zurabişvilini parlamentə yaxın bir restoranda nahar etdiyi zaman görüblər və tezliklə bura etiraz aksiyasının iştirakçıları toрlaşıblar. Onlar рrezidenti ölkədə baş verənlərə biganəlikdə ittiham ediblər.

Daha sonra restorana polis dəstələri gəlib və çıxışı nəzarət altına alıb. Bundan sonra Zurabişvili restorandan çıxıb maşınına əyləşib. Bu zaman onu fitə basıblar. (Oxu.az)