İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibə verib.  AzPost müsahibədəki əsas məqamları təqdim edir: -İran ABŞ və İsrailin məhv olmasını istəmir. "ABŞ-a ölüm!" amerikalıları öldürmək çağırışı kimi deyil, “cinayətlərdən qurtulmaq, ABŞ-ın İsrailin həyata keçirməsinə kömək etdiyi regionda qətlləri dayandırmaq” çağırışı kimi başa düşülməlidir. -İsrail agentləri tərəfindən prezident Pezeşkianın özünə sui-qəsd edilib. "Lakin Allah qərar verib ki, mənim həyatım hələlik kəsilməməlidir”. - İran nüvə proqramı ilə bağlı danışıqları davam etdirməyə hazırdır. Lakin ilk növbədə İsrail və ABŞ-ın hücumlarını “arxada qoymaq lazımdır”. "Bu hucum zamanı  xidmətdə olmayan, ailələri ilə evdə olan hərbçilərimizin və alimlərimizin qohumları öldürülüb”. -"İran son 200 ildə heç bir ölkəyə hücum etməyib", - Pezeşkian qeyd edib. “Biz sülh istəyirik ki, Uca Allahın bizə bəxş etdiyi qısa ömürü dinc yaşaya bilək”. Pezeşkian iranlıların İsrail və ABŞ ərazilərində terror aktlarında iştirak etməsi fikrini rədd edib. -"Biz MAQATE-nin yoxlamalarından keçməyə hazırıq. Amma burada təəssüf ki, bir çətinlik var: ABŞ-ın bizim nüvə mərkəzlərimizə və digər oxşar obyektlərə qanunsuz basqınları nəticəsində avadanlığın böyük hissəsi zədələnib. Bu səbəbdən bizim nüvə proqramımızın bir çox elementlərinə belə çıxışımız yoxdur." - İran prezidenti bildirib ki, Tramp İsraili Yaxın Şərqdə döyüşləri dayandırmağa və sabitliyə nail olmağa məcbur edə bilər. Onun sözlərinə görə, regionda növbəti müharibə ABŞ-ın maraqlarına uyğun deyil.

AzPost.az