Nyu-York parkında təmiz qızıldan kub qoyuldu –FOTO

Nyu-Yorkun Mərkəzi Parkında təmiz qızıldan kub quraşdırılıb. Art-obyektin müəllifi alman müasir rəssamı Niklas Castellodur.

186 kiloqram ağırlığında kub üçün heykəltəraş 999 əyar qızıldan istifadə edib. Kubun içərisi boş olub.

Obyektin dəyəri 11,7 milyon dollar (19,9 milyon manat) qiymətləndirilir. Rəssam bu yolla kapitalın gücünü nümayiş etdirmək və diqqəti öz pul vahidi “Castello Coin”ə çəkmək istəyib.

Yerli sakinlər rəssamın ideyasını yüksək qiymətləndiriblər, onlar kubun üzərində işığın bərq vurmasına  heyranlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Arıqlamağa kömək edəcək məsləhətlər –

Sonrakı məqalə

Vüqar Səfərlinin apellyasiya şikayəti icraata verilib