Nyuton Misir ehramları vasitəsilə dünyanın sonunu hesablamaq istəyib –Dahi alimin əlyazması dərc olundu (FOTO)

Yanvarın 5-də anadan olmasının 378-ci ili qeyd edilən dahi ingilis riyaziyyatçısı və alimi İsaak Nyutonun Misir ehramları haqqında tədqiqatı dərc olunub.

Üç səhifədən ibarət və riyazi hesablamalar ehtiva edən tədqiqat dünyanın yeddi möcüzəsindən olan ehramların sirlərinə nüfuz edir.

Nyutonun Kembric Universitetindən ayrılaraq öz doğma şəhəri olan Linkolnşirdə apardığı bu tədqiqatda göstərilir ki, ehramları tikən qədim misirlilər bu üsulla Yerin ölçüsünü müəyyən etməyi bacarıblar. Dahi alim əlavə edib ki, onlar sonralar itirilən əlkimya elminə də dərindən yiyələnib.

Nyuton hesab edirdi ki, Qədim Misirdə “firon qolu” adlanan ölçü vahidi Yer kürəsinin çevrəsini ölçməyə imkan verirdi. O, bu ölçü vahidi ilə özünün Yerin cazibə qanununu daha da təkmilləşdirəcəyinə inanırdı. Nyuton, həmçinin “firon qolu” vasitəsilə Süleyman Məbədi kimi tikililərin memarlığında sirləri açacağına, habelə dünyanın sonunu müəyyən edəcəyinə inanırdı. (Azərtac)

Dahi alimin Misir ehramlarına dair Sotbidə saxlanılan əlyazmasını bu hərrac evinin rəsmisi Qebriel Heton dərc etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə əhaliyə dəyən ziyanın ödənilməsinə başlanıb

Sonrakı məqalə

Almaniya XİN-in dəstək verdiyi bəşəri dəyərlərin təşviqi layihəsi yekunlaşıb