Obamanın nənəsi ölüb –

FOTO
29 Mart 2021 - 17:45

ABŞ-ın sabiq prezidenti Barak Obamanın nənəsi Sara Keniyada 99 yaşında vəfat edib. 

Azpost.info bildirir ki, bu barədə CapitalFM radiosu xəbər verib. Sara sabiq prezidentin babasının 3 -cü arvadı olub.

Onlar qan qohumu sayılmasalar da Obama qarıya həmişə isti yanaşıb və onu “Sara nənə” çağırıb. Barak Obama sonuncu dəfə onunla 2018-ci ildə görüşüb. Sara Keniyanın Koqelo kəndində yaşayırdı. O Kisumudakı xəstəxanada keçinib. Qarının ölümünü qızı Marsat Onyanqo təsdiqləyib.