Ödənişli parkinq zamanı avtomobilə dəyən ziyan niyə ödənilmir?

Vətəndaş parklanma üçün ödəniş edir, lakin parkinqdə avtomobilinə dəyən zərərə görə heç bir təminat almır.

Məsələ Milli Məclisdə gündəmə gətirilib. Bildirilib ki, qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalıdır. Bəs hazırda ödənişli parklanma xidmətinin sığorta mexanizmi necə işləyir?

Sığorta eksperti Vüsal Bədəlov bildirib ki, hazırda parkinq ərazisində olan avtomobilə dəymiş zərər kasko sığorta müqaviləsi əsasında təmin edilir. Lakin dəymiş zərərə görə məsuliyyəti parkinq operatoru daşımır.

Ekspert bildirib ki, parkinq operatorları kiçik məbləğ qarşılığında faəliyyət göstərdiklərindən zərər görən onlarla nəqliyyat vasitəsinin xərcini qarşılamaları real görünmür. Lakin bunu sığorta müqaviləsi əsasında edə bilərlər.

O da bildirilib ki, hazırda yerli sığorta bazarında avtomobillərin sırf parklanma halındaykən qarşıya çıxa biləcək risklərə və yaranacaq zərərlərə münasibətdə mülki məsuliyyət sığortası ilə bağlı ayrıca məhsul yoxdur.

 

https://youtu.be/NSE2WNQTIyE

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.