Bu gündən etibarən Ukraynanın “Bees Airline” aşağıbüdcəli (loukoster) aviaşirkəti Azərbaycana uçuşlarını həyata keçirməyə başlayıb.
Odessa-Gəncə-Odessa reysinin cədvəlinə əsasən, Odessadan uçuş yerli vaxtla saat 09:00-da, Gəncəyə eniş saat 13:20-də, Gəncədən uçuş saat 14:20-də, Odessaya eniş isə saat 15:00-da həyata keçirilir. Bir istiqamətə biletin minimal qiyməti 85 ABŞ dolları təşkil edir.