Ofelya Sənani ürəyindən əməliyyat olunub –

Vəziyyəti stabildir
05 Oktyabr 2019 - 16:44

Xalq artisti Ofelya Sənaninin ürəyində anju əməliyyatı aparılıb.

Bu barədə APA-ya Bakı Ürək Mərkəzinin kardioloqu Şahin Xəlilov məlumat verib. Onun sözlərinə görə, Xalq artistinin vəziyyəti hazırda stabildir və müalicəsini davam etdirir.

Qeyd edək ki, Xalq artisti Ofelya Sənani infarkt keçirib. Xalq artisti Kliniki Tibbi Mərkəzə yerləşdirilib.  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, O.Sənaniyə ürəyin ön və arxa divarının infarktı diaqnozu qoyulub.