Ofis işçilərinin dəhşətli bədən forması –Varikoz, artıq çəki, əyri onurğa, şişmiş əl-ayaq (FOTO)

 Alimlər 10 ildən artıq ofis şəraitində çalışan ofis işçisinin, belə deyək “yazı –pozu, computer işində” çalışanların görünüş, bədənini modelizə edib, proqram maketini hazırlayıblar.

Azpost.info  medicina.az-a istinadən xəbər verir ki, alimlər Fransa, Almaniya, Britaniyada 3,500 ofis işçisi arasında sorğu keçirmiş, onların bədənlərində, sağlamlıqlarında illər ərzində nə kimi dəyişikliklər baş verdiyini öyrəniblər. Onların cavablarından və gələcəkdə həmin dəyişikliklərin daha da dərinləşəcəyini də nəzərə alıb, Emma adlı ofis işçisinin modelini hazırlayıblar.

Emmanın 38 yaşı var, uzun saatlar monitora baxdığından gözləri dərinləşib və daim qızartılıdır.

Dərisinin rəngi sağlam və parlaq deyil, alnı qırışıb və üzü narazı görkəmdədir, çünki qadın daim açıq havada yox, süni işıqlandırılmış otaqda gününü keçirib.
Günün 8 saatını oturduğu üçün ayaqlarında varikoz var, beli və ayağı, qarnında artıq çəki, piy qatı var, onurğası, qaməti əyridir, boynunda isə qabarıq əmələ gəlib.

Qadının əlləri, ayaqları gün sonuna şişir.

Alimlər ofis işçilərinin iş şəraitlərinin, istirahət və idman vaxtlarının artırılmasının vacibliyini bildirir. Çünki bu insanlar 50-60 yaşa doğru səhhətlərində digər peşələrə nisbətdə daha çox problem yaşayacaqlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ən böyük çətinlik  inhisarla mübarizədə gözlənilir” –

Sonrakı məqalə

Çili Prezidenti bütün nazirləri istefaya göndərdi –