Oğlu Elmar Vəliyevin fotosunu paylaşdı –

FOTO
03 Oktyabr 2019 - 22:23

Gəncə şəhərinin keçmiş icra başçısı, həyatına sui-qəsd olunan Elmar Vəliyevin yeni görüntüsü yayılıb.

“Qafqazinfo” xəbər verir ki, fotonu keçmiş başçının oğlu Elmir Vəliyev sosial şəbəkədə paylaşıb. Elmar Vəliyev fotoda nəvəsi ilə yer alıb. Şəkilin nə zaman çəkildiyi barədə heç bir qeyd yoxdur.

Azpost.info bildirir ki, Gəncənin sabiq icra başçısı barədə məlumatlar çox məhduddur. Onun səhhətinin normal olduğu vurğulanır.

Qeyd edək ki, Elmar Vəliyevin bu gün 59 yaşı tamam olur.